Bank Of Baku

“Kiyevskaya Rus” jurnalının Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi sayının təqdimatı keçirilib

“Kiyevskaya Rus” jurnalının Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi sayının təqdimatı keçirilib
# 29 aprel 2008 10:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Ukraynanın paytaxtı Kiyev şəhərində nəşr olunan “Kiyevskaya Rus” jurnalı son sayını bütünlüklə Azərbaycan ədəbiyyatına həsr edib. APA-nın məlumatına görə, bu gün Atatürk Mərkəzində jurnalın təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu bildirib ki, jurnal Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Ukraynadakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb: “İki hissədən ibarət olan layihə çərçivəsində Azərbaycan yazıçılarının əsərlərindən ibarət antalogiyanın Ukrayna dilində nəşri, Azərbaycan yazıçılarından ibarət qrupun Kiyev şəhərində keçiriləcək təqdimetmə mərasimində iştirakı, GUAM ölkələri gənc yazıçılarının əsərlərindən ibarət antalogiyanın Azərbaycan dilində nəşri və yazıçıların Bakıya dəvət olunması nəzərdə tutulmuşdu. Artıq layihənin birinci hissəsi başa çatıb. Aprelin 21-24-də Anarın rəhbərliyi ilə Kiyev şəhərində keçirilən tədbirdə iştirak etdik”.
Qeyd edək ki, “Kiyevskaya Rus” jurnalının Azərbaycan ədəbiyyatına həsr olunmuş sayında Anar, Elçin, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Kamal Abdulla, Çingiz Abdullayev, Seyran Səxavət, Hüseynbala Mirələmov, Həsən Quliyev, Rafiq Həşimov, Elçin Hüseynbəyli, Rəşad Məcid, İlqar Fəhmi, Sara Nəzirova, Afaq Məsud, Günel Anarqızı, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Qulu Ağsəs, Bəsti Əlibəyli, Məqsəd Nur və başqalarının əsərləri dərc edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR