Bank Of Baku

Anar və Fuad Poladov Nizami Gəncəvi mükafatına layiq görülüblər

Anar və Fuad Poladov Nizami Gəncəvi mükafatına layiq görülüblər
# 29 aprel 2008 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və xalq artisti Fuad Poladov Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun təsis etdiyi Nizami Gəncəvi mükafatına layiq görülüblər. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib. Mükafatın Kiyevdə keçirilən təqdimat mərasimində xalq yazıçısı Anarın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Azərbaycan ədəbiyyatçıları səfər çərçivəsində Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə görüşüblər. Eyni zamanda Kiyev Kino Evində Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Əlvida cənub şəhəri” filminə baxış keçirilib. Tədbirin sonuncu günü isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun kollektivi ilə görüş olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR