Bank Of Baku

Çingiz Aytmatov ağır vəziyyətdə Almaniyaya aparılıb

Çingiz Aytmatov ağır vəziyyətdə Almaniyaya aparılıb
# 19 may 2008 08:48 (UTC +04:00)
Kazan - APA. Böyrək çatışmazlığı diaqnozu ilə Kazanda xəstəxanaya köçürülən qırğız yazıçısı Çingiz Aytmatovun səhhəti ağır-stabil olaraq qalır. APA-nın məlumatına görə, yazıçını müayinə etmək məqsədilə Moskvanın baş nefroloqu, professor Natalya Tomilina Kazana ezam olunub. Həkimlər konsiliumdan sonra Çingiz Aytmatovu müalicə üçün Almaniyaya göndərmək qərarına gəliblər. Bu gün səhər yazıcı xüsusi reyslə Almaniyaya göndərilib.
Qeyd edək ki, mayın 16-da Kazanda səfərdə olan məşhur qırğız yazıçısı Çingiz Aytmatovun səhhəti qəfildən pisləşib. Təcili olaraq xəstəxanaya aparılan yazıçının səfər proqramı yarımçıq qalıb. Onun Salih Saydaşev adına Böyük Konsert Zalında oxucular qarşısında çıxışı və Tatarıstan prezidenti Mintimer Şaymiyevlə görüşü təxirə salınıb. Həkimlər 79 yaşlı yazıçının böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR