Bank Of Baku

Azərbaycanda “Sabir poeziya günləri” keçiriləcək

Azərbaycanda “Sabir poeziya günləri” keçiriləcək
# 19 may 2008 15:36 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə mayın 30-31-də Azərbaycanda “Sabir poeziya günləri” qeyd olunacaq. Təşkilat komitəsindən APA-ya verilən məlumata görə, tədbirdə şair Mirzə Ələkbər Sabirin xatirəsi yad olunacaq, yaradıcılığından nümunələr ifa ediləcək. Şairin Bakıdakı abidəsinin qarşısından yola düşən iştirakçılar onun Şamaxıdakı məqbərəsini ziyarət edəcəklər. Mayın 31-də Ağsuda Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə təntənəli poeziya bayramı keçiriləcək. Qeyd edək ki, Azərbaycanda “Sabir poeziya günləri” 1962-ci ildən başlayaraq, hər ilin mayda qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR