Bank Of Baku

“Oğuznamə”nin ilk nəşri işıq üzü görüb

“Oğuznamə”nin ilk nəşri işıq üzü görüb
# 26 may 2008 14:16 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Berlin Dövlət Kitabxanasında saxlanılan əlyazma əsasında hazırlanan “Oğuznamə” ilk dəfə nəşr edilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. O bildirib ki, əlyazmanın XV əsrə aid olduğu ehtimal edilir: “Əlyazma üzərində tədqiqat aparan almaniyalı qorqudşünas-alim Fridrix fon Dits orada olan cəmi 400 atalar sözünü nəşr etdirib. Əlyazmanın surətini Azərbaycana almaniyalı tədqiqatçı Əhməd Şmide göndərib. Bu, “Oğuznamə”nin ilk mükəmməl nəşridir”.
Kitab filologiya elmləri doktoru Şamil Cəmşid Qorqudşünasın tərtibatı və ön sözü ilə işıq üzü görüb. “Oğuznamə”də yer alan atalar sözləri ilə “Kitabi-Dədə Qorqud”un leksikası arasındakı oxşarlıq və eynilik tədqiqatçılara və oxuculara yeni, mühüm elmi fakt kimi təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR