Bank Of Baku

Mir Cəlal Paşayevə həsr olunmuş kitabların və onların elektron versiyasının təqdimatı keçirilib

Mir Cəlal Paşayevə həsr olunmuş kitabların və onların elektron versiyasının təqdimatı keçirilib
# 30 may 2008 12:03 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Rəhilə Gülgünün Mir Cəlal Paşayevə həsr etdiyi “Göylər adamı” kitabının, “Mir Cəlal. Biblioqrafiya”, “Mir Cəlal irsi” kitablarının isə elektron versiyalarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Göylər adamı” kitabının nazirliyin hazırladığı “Silinməz izlər” seriyasından ilk nəşr olduğunu bildirib: “Kitabda yazıçı, pedaqoq, ədəbiyyatşünas Mir Cəlal Paşayevin həyat və yaradıcılığı yeni yozumda əks olunub. Nəşrdə yazıçının bioqrafiyası ilə yanaşı, yaradıcılığından nümunələr, onunla bağlı xatirələr, müasirləri, ailə üzvləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb. Bu materialların çoxu oxuculara ilk dəfə təqdim edilir”. Professor Təhsin Mütəllibov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, yazıçı Vidadi Babanlı və başqaları çıxış edərək Mir Cəlal Paşayevlə bağlı xatirələrini danışıblar. Tədbirdə yazıçının ailə üzvləri, dostları, tələbələri, elm və ədəbiyyat xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR