Bank Of Baku

Kamal Abdullanın Fransada kitabı nəşr olunub

Kamal Abdullanın Fransada kitabı nəşr olunub
# 30 may 2008 14:04 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, yazıçı Kamal Abdullanın Fransada “Azərbaycanca danışaq” (Dil və mədəniyyət) adlı sözlük-məlumat kitabı nəşr olunub. Müəllif APA-ya açıqlamasında kitabın 3 ilə hazırlandığını bildirib: “Fransalı alim Mişel Malebrlə birgə yazılan bu kitab Azərbaycan haqqında ümumu təsəvvür yaradan ön sözlə başlayır. Kitabın girişində Azərbaycanın siyasi-inzibati və fiziki xəritələri verilib. İlk dəfə olaraq Fransada Azərbaycan xəritəsi ermənilər tərəfindən işğal olunmuş ərazilərlə bir yerdə çap olunub”. Nəşrdə Azərbaycanın tarixinə əhatəli ekskurs, ermənilərin torpaq iddiaları, milli-dövlət rəmzləri, dili, dini, daxili və xarici siyasəti, coğrafiyası, fauna və florası haqqında məlumatlar əksini tapıb. Azərbaycan dilinin tarixi və strukturu ilə yanaşı, vəsaitdə Azərbaycanın danışıq dili, işlək leksikonu da oxuculara təqdim olunub. Kitab Azərbaycanca-fransızca və fransızca-Azərbaycanca lüğətlə tamamlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR