Bank Of Baku

GUAM ölkələrinin gənc yazıçıları Azərbaycana gələcək

GUAM ölkələrinin gənc yazıçıları Azərbaycana gələcək
# 30 may 2008 15:35 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. İyunun 1-də GUAM ölkələrinin gənc yazıçıları Azərbaycana gələcək. Səfər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun birgə layihəsi əsasında təşkil olunub. Layihənin koordinatoru Səlim Babullaoğlunun APA-ya verdiyi məlumata görə, səfər çərçivəsində GUAM ölkələri gənc yazıçılarının I beynəlxalq toplantısının keçirilməsi nəzərdə tutulub: “Azərbaycan Yazıçılar Birliyində, Mədəniyyət və Turizm Nazirliyindəki görüşlərdə əməkdaşlıq məsələləri, PENGUAM - GUAM ölkələrinin qələm qardaşlığı təşkilatının təşkili müzakirə ediləcək”. İyunun 5-dək davam edəcək səfər zamanı Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında GUAM ölkələri yazıçılarının iştirakı ilə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan poeziya günlərinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu beynəlxalq layihələr APA-nın informasiya dəstəyi ilə reallaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR