Bank Of Baku

Bakı, Şamaxı və Ağsuda “Sabir poeziya günləri” keçirilib

Bakı, Şamaxı və Ağsuda “Sabir poeziya günləri” keçirilib
# 31 may 2008 08:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Azərbaycanda “Sabir poeziya günləri” keçirilib. APA-nın məlumatına görə, iki günlük tədbirdə şair Mirzə Ələkbər Sabirin xatirəsi yad olunub, yaradıcılığından nümunələr ifa edilib. Bakıda başlayan “Sabir poeziya günləri” Şamaxı və Ağsu da davam etdirilib. Tədbir iştirakçıları Sabirin Şamaxıdakı məqbərəsini ziyarət ediblər. Ağsuda isə Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə poeziya bayramı keçirilib. “Sabir poeziya günləri” M.Ə.Sabirin ev muzeyində yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanda “Sabir poeziya günləri” 1962-ci ildən başlayaraq hər ilin mayında qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR