Bank Of Baku

Azərbaycanda səfərdə olan GUAM ölkələrinin gənc yazıçı və şairləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüblər

Azərbaycanda səfərdə olan GUAM ölkələrinin gənc yazıçı və şairləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüblər
# 02 iyun 2008 14:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan GUAM ölkələrinin gənc yazıçı və şairləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə nazir bİr sıra təkliflərlə çıxış edib: “GUAM ölkələri arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir. Biz öz mədəniyyətimizi daha da inkişaf etdirməliyik və bu yolda sıx əməkdaşlıq lazımdır. Güman edirəm ki, bundan sonra belə tədbirlərin həyata keçirilməsi intensivləşəcək və biz tez-tez görüşəcəyik. Mən təklif edirəm ki, GUAM ölkələrinin yazıçı və şairlərini birgə toplusu hazırlansın və bu toplu bütün dünyada yayılsın”. Layihənin vacibliyini vurğulayn nazir, qonaqlara son dövlər Azərbaycan mədəniyyəti və ədəbiyyatındakı inkişafdan danışıb. O bildirib ki, son bir il müddətində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 60-a yaxın mədəniyyət toplusu işıq üzü görüb. Tədbirdə çıxış edən grcü şairi Şota İataşvili həmkarları ilə birgə Azərbaycanda olmağından şad olduğunu bildirib və bundan sonra da bu cür səfərlərin davamlı həyata keçirilməsini arzulayıb. Daha sonra Ə. Qarayev Azərbaycan mədəniyyətinin əks olunduğu kitabları, “Mədəniyyət” kataloqu və CD-dən ibarət hədiyyələri qonaqlara təqdim edib. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ukraynalı şair Sergey Qrabar, yazıçı Pert Kralik, gürcü şairi Şota İataşvili, moldov yazıçısı Vladimir Lorçenkov və başqaları daxildir. GUAM ölkələrinin yazıçı və şairlərinin Azərbaycana səfəri iyunun 5-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR