Bank Of Baku

Bakıda Aleksandr Puşkinin anadan olmasının 209-cu ildönümü qeyd edilib

Bakıda Aleksandr Puşkinin anadan olmasının 209-cu ildönümü qeyd edilib
# 06 iyun 2008 09:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 209-cü ildönümü ilə bağlı şairin Bakı şəhərindəki abidəsi önündə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov da iştirak edib. O, tədbirin təşkili və abidənin yerləşdiyi sahəyə göstərilən diqqətə görə Səbayel rayon rəhbərliyinə minnətdarlığını bildirib. Səfir Azərbaycanda rus dilinə və Rusiya tədbirlərinə olan diqqətdən məmnunluğunu ifadə edib. Səbayel rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov isə Puşkinin cəmi 37 il yaşamasına baxmayaraq, böyük irs qoyub getdiyini deyib. Onun sözlərinə görə, Puşkin öz yaradıcılığı ilə xalqları yaxınlaşdırıb, bütün xalqlar onu öz şairi kimi sevir. Azərbaycanın Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin hər kəsin Puşkinin yaradıcılığı ilə uşaqlıqdan tanış olduğunu, Azərbaycanda bu şairə böyük hörmət və sevgi bəslənildiyini vurğulayıb.
Tədbirin sonunda V. İstratov artıq 5-ci dəfədir keçirilən “Puşkiniada” ədəbi müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR