Bank Of Baku

“APA-nın kitabxanası” seriyasından növbəti kitab nəşr olunub

“APA-nın kitabxanası” seriyasından növbəti kitab nəşr olunub
# 06 iyun 2008 13:53 (UTC +04:00)
Nəşrdə Borçalı bayatılarından seçmələrlə yanaşı, 33 Borçalı aşığının yaradıcılığından nümunələr, bu ədəbi mühitdə yazıb-yaradan şairlərdən Yusif Yusifli, Arif Mustafazadə, İbrahimxəlil, Allahverdi Təhləli və başqalarının müxtəlif mövzularda şeirləri toplanıb. Antologiyada həmçinin Arif Mustafazadənin “Qara zurnanın acısı”, Əli Abbasın “Çopur Əli” və “Elm fədaisi”, Rafiq Hacının “Bir dəstə yasəmən” və digər nəsr nümunələri təqdim olunub.
Nizami Məmmədzadənin tərtib etdiyi antologiyanın redaktoru Bəhram Mehdi, dizayneri Vəfadar Əliyevdir. Kitab CBS mətbəəsində 1000 tirajla çap olunub.
Qeyd edək ki, bu, “APA-nın kitabxanası” seriyasından nəşr olunan ikinci kitabdır. Bu seriyadan ilk olaraq şair Qulu Ağsəsin “Toçki” (“Nöqtələr”) kitabı işıq üzü görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR