Çingiz Aytmatov vəfat edib
Ç. Aytmatovun müşaviri Alimcan Mirzəyev bildirib ki, dəfn mərasiminin təşkili üçün Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin rəhbərliyi ilə xüsusi dövlət komissiyası yaradılacaq. Artıq bir çox dövlət adamları və tanınmış şəxs Ç. Aytmatovun əzizlərinə və yaxınlarına başsağlığı verib.
Ç. Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talask vilayətinin Şəkər kəndində anadan olub. Onun atası Torekul Aytmatov Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olub. Lakin 1937-ci ildə həbs edilib, 1938-ci ildə isə güllələnib. Ç. Aytmatovun milliyyətcə tatar olan anası Nazimə Həziyeva yerli teatrda aktrisa olub.
1948-ci ildə Frunze Kənd Təsərrüfatı İnstitutuna daxil olan Ç. Aytmatov 1952-ci ildə dövri mətbuatda qırğız dilində hekayələr çap etdirməyə başlayıb. O, 1956-cı ildə Moskvada ali ədəbiyyat kurslarına daxil olub, həmin illərdə ona dünya şöhrəti gətirən “Cəmilə” povestini çap etdirib.
Rus və qırğız dillərində yazan Ç. Aytmatovun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Onların arasında ən məşhurları “Əsrə bərabər gün” (1980), “Ağ gəmi” (1970), “Edam kötüyü” (1986), “Dağlar yıxılanda” (2006) əsərləridir. Ssenari müəllifi olduğu “Dəniz kənarı ilə qaçan köpək” (1990), “Sevginin əks-sədası” (1974), “Mən Tyan-Şanam” (1972), “İlk müəllim” (1965) və digər filmlər də ona böyük şöhrət gətirib.
1990-1994-cü illərdə Ç. Aytmatov SSRİ və Rusiyanın Benilüks ölkələrində səfiri olub. 2008-ci ilin martına kimi Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlandda səfiri işləyib. Ç. Aytmatov müxtəlif mükafatlarla təltif edilib.
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Zığda yaşayış binasında yanğın baş verib
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
NYT: ABŞ senatorları Trampın irəli sürdüyü namizədlərin təsdiqini əngəlləyə bilərlər
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İlon Mask Ukrayna elitasını Qərb yardımları hesabına varlanmaqda ittiham edib
BVF: Ukraynanın 2027-ci il büdcəsi üçün əlavə 30–35 milyard dollar tələb olunur
Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib
Bloomberg: ABŞ və Böyük Britaniya arasında Ukrayna və İran məsələlərinə görə fikir ayrılığı yaranıb
Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyir
Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO