Bank Of Baku

Mikayıl Müşfiqin seçilmiş əsərlərindən ibarət üç cildliyin təqdimatı olub

Mikayıl Müşfiqin seçilmiş əsərlərindən ibarət üç cildliyin təqdimatı olub
# 13 iyun 2008 09:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Mikayıl Müşfiqin seçilmiş əsərlərindən ibarət üç cildliyin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən milli kitabxananın direktoru Kərim Tahirov M. Müşfiqin böyük və əvəzolunmaz şair olduğunu bildirib. Tədbirdə xalq şairi Zəlimxan Yaqub, Gülhüseyn Hüseynoğlu və başqaları iştirak ediblər. Daha sonra M. Müşfiqin anadan olmasının 100 illik yubileyi münasibətilə ədəbi-bədii proqramla davam etdirilib.
Qeyd edək ki, M. Müşfiqin 100 illik yubileyi münasibəti ilə hazırlanan üç cildlik kitabın tərtibçisi və redaktoru Gülhüseyn Hüseynoğludur. İyunun isə 20-də M. Müşfiqin 100 illik yubileyinin onun anadan olduğu Xızı rayonunda da keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR