Bank Of Baku

“Füzulinin farsca divanı: linqvo-poetik təhlil” kitab nəşr edilib

“Füzulinin farsca divanı: linqvo-poetik təhlil” kitab nəşr edilib
# 13 iyun 2008 13:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda filologiya elmləri namizədi Şəfəq Əlibəylinin “Füzulinin farsca divanı: linqvo-poetik təhlil” kitab nəşr edilib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monoqrafiyada Məhəmməd Füzulinin farsca divanının dili araşdırılır. Kitabda konkret dil faktları əsasında təhlillər aparılır və “Divan”ın orta əsr farsdilli ədəbiyyatda dil və üslub cəhətdən tutduğu mövqe aydınlaşdırılır. Tədqiqatda Füzulinin farsca divanının ahəngi, fonetikası, qafiyəsi, əruz və təkrarlar sistemi təhlil olunur, şairin poetik dilinin leksikası, məcazi sözlərin semantik-üslubi imkanları, söz birləşmələri və cümlə növləri nəzərdən keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR