“3 alma” II Uşaq Kitab Festivalında iştirak edəcək

“3 alma” II Uşaq Kitab Festivalında iştirak edəcək
# 04 aprel 2023 17:19 (UTC +04:00)

8-11 aprel tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə II Uşaq Kitab Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, “3 alma” uşaq ədəbiyyatının da iştirak edəcəyi festivalda bütün kitablara 30-70% endirim ediləcək.

Sərgiyə özəl olaraq “Azərbaycan klassikləri” seriyasının bütün kitablarına 50% endirim tətbiq olunacaq. Sərgidə , həmçinin müxtəlif kitab təqdimatlarının, master-klasların, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşaların keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə festivalda uşaq yazıçıları Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Zahid Xəlil, Aybəniz İsmayılova, Mürşüd İsmayılzadə, Yuliya Kərimova ilə imza saatları baş tutacaq.

Qeyd edək ki, sərgi hər gün Heydər Əliyev adına Bakı İdman Sarayında saat 10:00-dan 19:00-a qədər davam edəcək.

3 alma stendinə baş çəkməyi unutmayın!

Giriş pulsuzdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR