Bank Of Baku

"Anamın kitabı" tamaşasının premyerası keçiriləcək

"Anamın kitabı" tamaşasının premyerası keçiriləcək
# 09 oktyabr 2022 21:18 (UTC +04:00)

15-16 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı" tamaşasının premyerası olacaq.

Bu barədə APA-ya teatrdan məlumat verilib.

Bildirilib ki, səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb.

Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər.

İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma dilimizin – ana dilimizin təbliğatı istiqamətinə yönəlib.

Qeyd edək ki, “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR