Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib.
APA xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.
Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.
Qeyd edək ki, seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.
Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.