Bank Of Baku

Anar: V Türk dünyası yazarlar qurultayında maraqlı təkliflər səsləndirildi

Anar: V Türk dünyası yazarlar qurultayında maraqlı təkliflər səsləndirildi
# 07 noyabr 2023 18:56 (UTC +04:00)

“Əvvəlki qurultaydakı kimi, bu dəfə də çox maraqlı görüşlər oldu, təkliflər səsləndirildi”.

Bunu Xalq yazıçısı, AYB-nin sədri Anar Ankara Milli Kitabxanasında 5-ci Türk dünyası yazarlar qurultayı çərçivəsində Kulis.az-a deyib.

O bildirib ki, Türk xalqlarının rabitə dili kimi Türkiyə türkcəsinin qəbul olunması, Cümhuriyyət ilində altı dildə “İpək yolu” dərgisinin çap olunması haqqında danışılıb.

“Əsas odur ki, təkliflər qəbul olunsun və gələcəkdə hər bir ölkə bu işdə fəal iştirak etsin”, - Anar qeyd edib.

Qurultayda iştirak edən Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid Kulis.az-a qurultayın əhəmiyyətindən danışıb.

Rəşad Məcid vurğulayıb ki, artıq Türk Dövlətləri Təşkilatı yaradılıb. Türk xalqlarının inteqrasiyası yolunda böyük işlər görülür: “Bu baxımdan qurultayda türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması, daha da yaxınlaşmamız üçün bundan sonra atacağımız addımlar müzakirə olundu. Düşünürəm ki, qurultayın nəticəsini görəcəyik. Bundan sonrakı illərdə müxtəlif türk dövlətlərində keçiriləcək qurultaya uğurlar arzulayıram”.

Qeyd edək ki, 20 ölkədən 100-ə yaxın elm xadimi, şair və yazıçının iştirak etdiyi qurultay sabah öz işinə yekun vuracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR