AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb, Musa Urud sədr seçilib

AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb, Musa Urud sədr seçilib
# 14 iyun 2023 16:18 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaradılıb.

Bu barədə APA-nn sorğusuna cavab olaraq, Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Qərar iyunun 14-də, Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti toplantısı zamanı qəbul edilib. Gündəlikdəki məsələlərin müzakirəsi zamanı yeni bölmənin yaradılması təklifini Birliyin sədr müavini Rəşad Məcid səsləndirib. Təklif Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tərəfindən müsbət qarşılanıb.

Ümumi müzakirədən sonra təklif səsə qoyulub və qəbul edilib. Qərara alınıb ki, yeni bölmənin sədri deputat, tanınmış şair Musa Urud (Quliyev) təyin edilsin. Sədr müavini isə tanınmış teleaparıcı, şair Bəhruz Niftəliyev təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR