Bank Of Baku

AYB üzvlərinin 2019-cu ilin sonunadək olan üzvlük borcları silinib

AYB üzvlərinin 2019-cu ilin sonunadək olan üzvlük borcları silinib
# 12 dekabr 2021 22:30 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti iclası keçirilib.

Birliyin katibi və qəbul komissiyasının sədri Səlim Babullaoğlu APA-ya açıqlamasında bildirib ki, iclasda üzvlük haqqı məsələsinə baxılıb və qərara alınıb ki, AYB üzvlərinin 2019-cu ilin sonunadək olan üzvlük borcları silinsin.

"Yeni qərara əsasən, 2020 və 2021-ci illərə görə üzvlük haqqının ödənilməsi üçün 30 yanvar 2022-ci il tarixinə qədər vaxt veriləcək. Üzrlü səbəb olmadan bu müddətə qədər üzvlük haqqı ödəməyən AYB üzvlərinin təşkilatda qalmaqları məsələsinə baxılacaq", deyə S.Babullaoğlu bildirib.

Qeyd edək ki, AYİB-ə üzvlük haqqı illik 15 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR