Bakıda Kemel Tokayev və Mir Cəlal Paşayevin yubileyi ilə bağlı tədbir keçirilib - FOTO

Bakıda Kemel Tokayev və Mir Cəlal Paşayevin yubileyi ilə bağlı tədbir keçirilib - FOTO
# 22 sentyabr 2023 15:13 (UTC +04:00)

Bakıda bu gün Qazaxıstanın görkəmli yazıçı, qazax ədəbiyyatında detektiv janrının banisi, dramaturq, ictimai xadim Kemel Tokayevin 100 illiyinə və XX əsr Azərbaycan ədəbiyyatının klassiki, alim, pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş "Türk dünyası ədəbiyyatının tǝrlanları" mövzusunda beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, tədbir Azərbaycan Milli Kitabxanasında təşkil edilib.

Tədbirdə ölkəmizin mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, ADA Universitetinin rektoru Hafiz Paşayev, deputatlar, Qazaxıstanın və Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında möhkəm dostluq əlaqələri ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirir. Nazir qeyd edib ki, iki qardaş və dost xalqlar arasındakı əlaqələrin tarixi çox uzaq keçmişə söykənir: "Qədim tarixə malik olan qardaşlıq əlaqələrimiz bu gün də möhkəmlənir, güclənir və şübhəsiz ki, bu tendensiya gələcəkdə də davam edəcək. Mədəni sahədəki əlaqələrin inkişafı üçün atılan addımlar isə xalqlarımız arasında əlaqələri daha da sıx edir".

Tədbir zamanı Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev çıxış edib və bildirib ki, hər iki qardaş xalqın bir-birinin ədəbiyyatı ilə yaxından tanış olması humanitar və mədəni sahədə günü-gündən daha da genişlənən əlaqələrə güclü təkan verir.

Konfrans zamanı iştirakçılar K.Tokayevin və M.Paşayevin həyatı və yaradıcılıq fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər, mədəni qarşılıqlı fəaliyyət yolu ilə türk xalqlarının bundan sonra da bir birinə yaxınlaşmasının vacibliyi haqqında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində həmçinin, K.Tokayevin Azərbaycan dilində çap olunan "Gecə açılan atəş" və M.Paşayevin qazax dilində çap olunan "Dağların ürəyi" kitablarının təntənəli təqdimat mərasimi baş tutub.

Türk dünyasının bədii sözün ustaların əsərlərinin toplusunun təqdimatı ilə yanaşı, onların yaradıcılığına həsr olunmuş kitab-rəsm sərgisi də təşkil olunub.

M.Otarbayev Qazaxıstan Respublikasının Prezidentinin təbrik məktubunu oxuyub və məktubu Azərbaycan tərəfinə ötürüb.
Qazaxıstan lideri məktubunda qeyd edib ki, qazaxlar və azərbaycanlılar əzəldən doğma və dost xalqlardır: "Qardaş dövlətlər arasında münasibətlərin möhkəmlənməsinə təkcə Xəzər dənizi üzərində mehriban qonşuluq və iqtisadi əməkdaşlıq deyil, həmçinin hörmətli yazıçılarımız və görkəmli şəxsiyyətlərimiz arasında mövcud olan mənəvi tellər də öz töhfələrini verir".

Tədbir çərçivəsində iştirak edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel xalqımızı öz suverenliyini tam bərpa etməsi münasibətilə təbrik edib. Qeyd edib ki, Qazaxıstan hər zaman ölkəmizin haqq işini dəstəkləyib və bu belə də olmalıdır. Səfir onu da əlavə edib ki, Qazaxıstan hər zaman Azərbaycanın yanında olacaq.
Diplomat onu da vurğulayıb ki, Prezidentlər Kasım Jomart Tokayev və İlham Əliyev arasında qarşılıqlı etimada söykənən dialoq sayəsində ölkələrimiz arasında mövcud olan hərtərəfli əməkdaşlıq bugün yeni səviyyəyə qalxıb. Bu strateji əməkdaşlığı, müttəfiqliyi daha da üçün güclendirməvə yönələn tədbirlər qardaş xalqların bir - birinə daha da yaxınlaşması üçün böyük əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR