Amerikanın "Forbes" jurnalı yaşı 50-dən yuxarı 50 ən uğurlu qadının siyahısını yayımlayıb.
APA jurnalın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Avropa, Yaxın Şərq və Afrikadan olan uğur qazanmış qadınlar yer alıb.
2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını qazanan belarus yazıçısı Svetlana Aleksieviç də siyahıya daxil edilib.
Qeyd edək ki, Aleksieviçdən başqa siyahıda BioNTech şirkərinin həmtəsisçisisi, Türkiyə əsilli alman həkim Özlem Tureji, 2020-ci il kimya üzrə Nobel mükafatı laureatı Emmanüel Şarpantye, aktrisa Cudi Denç və digərləri var.