Beynəlxalq Türk Dili Gününün yaradılması təklif edilib

Beynəlxalq Türk Dili Gününün yaradılması təklif edilib
# 14 mart 2024 10:50 (UTC +04:00)

UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz Beynəlxalq Türk Dili Gününün yaradılmasını təklif edib.

APA xəbər verir ki, bu barədə Öcal Oğuz ADA Universitetində keçirilən "UNESCO perspektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması" adlı konfransda çıxışında deyib.

O, konfransa ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib.

Öcal Oğuz çıxışında rəhbərlik etdiyi komissiya ilə Türk dövlətləri arasında əməkdaşlıq perspektivləri barədə danışıb.

O, çıxışında Beynəlxalq Türk Dili Gününün yaradılmasının vacibliyini vurğulayıb və deyib ki, belə bir vahid dil ölkələri daha da yaxınlaşdıracaq:

"Bu gün Beynəlxalq Fransız Dili Günü, Ərəb Dili Günü qeyd olunur. Biz də Beynəlxalq Türk Dili Günün qeyd olunması üçün işləməliyik".

O deyib ki, UNESCO Türkiyə Milli Komissiyası bu təşəbbüs üzərində işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR