Bank Of Baku

Buker mükafatçısı Əl-Harsi Bakı Beynəlxalq Kitab Sərgisinin qonağı olacaq - FOTO

Buker mükafatçısı Əl-Harsi Bakı Beynəlxalq Kitab Sərgisinin qonağı olacaq - FOTO
# 07 noyabr 2023 11:16 (UTC +04:00)

9-cu Bakı Beynəlxalq Kitab Sərgisində 20-dən çox xarici qonaq yazıçı olacaq.

APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfrasında deyib.

"Fəxri qonaqlarımız içərisində omanlı yazıçı, Beynəlxalq Buker mükafatı sahibi Coxa Əl-Harsi, həmçinin qardaş ölkə Türiyədən İskender Pala da var", - o deyib.

Şöbə müdiri sərgidə ümumilikdə 11 ölkədən 30-da çox xarici təşkilatın və 130-dan çox yerli poliqrafiya və nəşriyyatın təmsil olunacağını əlavə edib.

Akif Marifli qeyd edib ki, kitab sərgisində fəxri qonaq kimi iştirak üçün bir çox ölkələr müraciətlər edib.

Akif Marifli sərgidə bir çox sürpriz tədbirlərin də olacağını əlavə edib.

Xatırladaq ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi 11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR