Bank Of Baku

Buker mükafatının qısa siyahısı elan olunub

Buker mükafatının qısa siyahısı elan olunub
# 07 sentyabr 2022 10:42 (UTC +04:00)

Buker mükafatının (Booker Prize) qısa siyahısı elan olunub.

APA TASS-a istinadən xəbər verir ki, qısa siyahıya ingiliscə yazılmış altı müəllif, o cümlədən Pulitser mükafatı laureatı Elizabet Straut da daxildir.

66 yaşlı Straut “O, Uilyam!” (Oh William!) romanı ilə ikinci dəfə nüfuzlu mükafat uğrunda mübarizə aparır.

Siyahıda daha bir amerikalı yazıçı Persival Everett “Ağac” (The Trees) romanı ilə, Zimbabvedən olan Novayolet Bulavayo isə “Şöhrət” (Glory) kitabı ilə yer alıb. Qeyd edək ki, Bulavayo daha əvvəl də Bukerin qısa siyahısına düşüb.

Bu müəlliflərlə yanaşı mükafat uğrunda 87 yaşlı britaniyalı yazıçı Alan Qarner də “Treacle Walker” romanı, Şri-Lankadan olan Şexan Karunatilika isə “Maali Almeydanın 7 Ayı” (The Seven Moons of Maali Almeida) romanı ilə və irland Kler Kiqan yarışır. Kiqan 116 səhifəlik “Buna bənzər kiçik şeylər” (Small Things Like These) kitabı ilə siyahıya düşüb.

Xatırladaq ki, Buker mükafatının uzun siyahısı 2021-ci ildə Böyük Britaniya və İrlandiyada çap olunmuş 169 əsər arasından seçilib. Qalib və eyni zamanda 50 min funtluq pul mükafatının qalibi oktyabrın 17-də elan ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR