Çingiz Abdullayevlə görüş keçiriləcək

Çingiz Abdullayevlə görüş keçiriləcək
# 07 aprel 2023 14:30 (UTC +04:00)

˝TEAS Press˝ yayım evi Xalq yazıçısı Çingiz Abdullayevin doğum günü münasibətilə yazıçının müəllifi olduğu bütün ˝TEAS Press˝ kitablarına 30% endirim tətbiq edib.

Kulis.az xəbər verir ki, oxucular yazıçının azərbaycan, ingilis və rus dillərindəki kitablarını 7-11 aprel tarixlərində 30% endirimlə Libraffın bütün filiallarından əldə edə və ya ˝TEAS Press˝yayım evinin saytından sifariş verə bilərlər.

Yayım evi eyni zamanda, 11 aprel saat 19:00-da müəlliflə görüş və imza günü keçirəcək.

Bütün detektivsevərlərin dəvət olunduğu tədbir Libraffın ˝Park Akademiya˝ filialında baş tutacaq.

Ünvan: Hüseyn Cavid pr. 100, "Elmlər Akademiyası" m/s-nın əsas girişi ilə üzbəüz yeni tikilinin altı.

Qeyd: İştirak ödənişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR