Direktor: Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi davam etdirilir

Direktor: Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi davam etdirilir
# 23 may 2023 09:59 (UTC +04:00)

“Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi bu gün də davam etdirilir”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, lakin hələlik bu istiqamətdə konkret bir nəticə yoxdur.

“Onunla yanaşı, digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların da kimə aid olduğu müəyyənləşdirilməyib”, - Ədalət Həsənov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR