Bank Of Baku

Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq

Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq
# 25 sentyabr 2024 15:42 (UTC +04:00)

Dünya şöhrətli irlandiyalı yazar Con Boyn 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitab müəllifidir. Yazıçının ən məşhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır. Con Boynun 3 oktyabr 2024-cü il tarixində saat 11:00-da “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.

Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR