İsa Həbibbəyli: Babək haqqında barmaqla sayılacaq qədər kitabımız yoxdur, hamısı tərcümədir

İsa Həbibbəyli:  Babək haqqında barmaqla sayılacaq qədər kitabımız yoxdur, hamısı tərcümədir
# 29 noyabr 2023 11:04 (UTC +04:00)

"Sovet dövründə babalarımızı bizə unutdurmağa çalışıblar. Bu gün bizim Babək haqqında barmaqla sayılacaq qədər kitabımız yoxdur, hamısı tərcümədir".

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında deyib.

O bildirib ki, həmçinin, Koroğlu haqqında bir dənə elmi araşdırma, kitab yoxdur:

"Dədə Qorqud dastanımız var, amma Dədə Qorqud haqqında bir dənə də olsun kitabımız yoxdur. Bu istiqamətdə elmi yazılar yazılmalı, tarixi şəxsiyyətlərin araşdırılması istiqamətində işlər sürətləndirilməlidir. Digər tərəfdən, biz bu gün təbliğat, təşviqatyönümlü Heydərşünaslıqdan fundamental tədqiqatyönümlü Əliyevşünaslığa keçid etməliyik".

İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan elmi Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində Azərbaycan bayrağını ölkəmizin bütün ərazisində dalğalandırarkən göstərdiyi nadir tarixi misilsiz iradəni, onun mahiyyətini tamlığı ilə ortaya qoymayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR