İspan yazıçısı Fernando Sançes Draqo vəfat edib

Fernando Sançes Draqo

© APA | Fernando Sançes Draqo

# 10 aprel 2023 15:01 (UTC +04:00)

İspan yazıçısı Fernando Sançes Draqo 86 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə “Agencia EFE” ispan agentliyi bildirib.

Agentliyin sözlərinə görə, yazıçının ölüm səbəbi infarkt olub.

Qeyd edək ki, Sançes Draqo 1936-cı il 2 oktyabrda Madriddə anadan olub.

Yazıçı, əsasən esse və romanların, demək olar ki, hamısı avtobioqrafik olan 40-dan çox əsərin müəllifidir.

Sançes Draqo səyahət hekayələri də yazıb. Onun əsərləri arasında “Ürəyin yolu” və “Paralel ölümlər” xüsusilə fərqlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR