Azərbaycan əsilli iranlı şair-yazıçı Rza Bərahani 86 yaşında Kanadanın Toronto şəhərində vəfat edib.
Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz məlumat verib.
Onun sözlərinə görə, Rza Bərahinin vəfat xəbərini oğlu Oktay Bərahəni təsdiqləyib.
Rza Bərahani 1935-ci ildə Təbriz şəhərində anadan olub. O, Cənubi Azərbaycandakı ana dili hərəkatının əsas nümayəndələrindən biri kimi tanınır. Sonralar yazıçı Kanadada məskunlaşıb və 2001-2003-cü illərdə Kanadanın “Pen Klubu”nun sədri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Rza Bərahani "Nobel" mükafatına namizəd göstərilib, lakin namizədliyi geri götürülüb.