Kəlbəcərdə ermənilərin törətdiklərindən bəhs edən kitabın təqdimatı olub - FOTO - VİDEO

"Tanrı yoxuşu"

© APA | "Tanrı yoxuşu"

# 13 aprel 2022 12:26 (UTC +04:00)

Araşdırmaçı-jurnalist Elxan Salahovun "Tanrı yoxuşu" kitabının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.

Milli Kitabxananın direktoru Kərim Tahirov kitabın ümumi məzmunu və əhəmiyyətindən danışıb: “Kitab Kəlbəcərin ağrılı-acılı günlərindən, kədərindən bəhs edir. Hiss olunur ki, müəllif kitabı səmimi və dərin hisslərlə qələmə alıb. Buna görə də kitabı oxuyanda o dərinliyə varmamaq olmur”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Kəlbəcər və onun ağrılı taleyinin kitabda əks olunduğunu vurğulayıb: “Kitabı, əlbəttə ki, oxuyacağam. Amma mən qətiyyətlə deyə bilərəm ki, sanki bu kitabı oxumuşam. Çünki Kəlbəcər və onun ağrılı-acılı taleyi, o faciə, o nisgil heç kəsə sirr deyil”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid də kitab haqqında fikirlərini bölüşüb: “Elxan Salahov Azərbaycan jurnalistikasında özünəməxsus yerə malikdir. Eyni zamanda, sözügedən kitab da həm onun, həm də Azərbaycan tarixinin nisgilli tərəfini göstərir. Bəzən bu cür faciələri yazmağa adamın gücü çatmır. Bu baxımdan, bu kitabı yazmaq böyük şücaətdir”.

Elxan Salahov isə kitabın real faktlara söykəndiyini qeyd edib: “Kitab 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Ermənistan Silahlı Qüvvələrinin törətdiyi müharibə cinayətlərindən bəhs edir. Və burada qeyd alınan faktlar hamısı realdır, hamısı olmuş hadisələrdir. Burada doğma yurdunu tərk etməyən, düşmənə, işğalçıya qarşı mübarizə aparan yüzlərlə sakinin son anda xilas olma cəhdləri və işğalçılara yaxalanması, faciələrə düçar olması əks olunub”.

Təqdimatda həmçinin müharibə şahidləri də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR