Kulis.az 12 yaşını qeyd edir

Kulis.az 12 yaşını qeyd edir
# 04 aprel 2023 00:00 (UTC +04:00)

Bu gün "APA Group"a daxil olan Kulis.az mədəniyyət portalının yaranmasından 12 il ötür.

APA xəbər verir ki, portal 2011-ci il aprelin 4-dən internet istifadəçilərinin ixtiyarındadır.

Kulis.az Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.

Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir.

Kulis.az müsabiqə də təşkil edir.

Kulis.az saytı yaradıcılıqla məşğul olan hər kəsin üzünə açıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR