Bank Of Baku

Latviyanın sabiq prezidentinin Nizamiyə həsr etdiyi kitabın təqdimatı olub - FOTO

Latviyanın sabiq prezidentinin Nizamiyə həsr etdiyi kitabın təqdimatı olub - FOTO
# 11 mart 2022 19:52 (UTC +04:00)

Bu gün Kitab Mərkəzində Şərqi Avropanın və Latviya Respublikasının ilk qadın Prezidenti, xanım Vayra Vike-Freyberqanın Nizami Gəncəvinin "Yeddi Gözəli" və ədəbiyyatdan digər esselər kitabının təqdimatı baş tutub.

APA xəbər verir ki, tədbirdə Latviya Respublikasının səfiri Dainis Garancs, Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa, deputat Qənirə Paşayeva və digər şəxslər iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberga tədbirə onlayn şəkildə qoşulub. O, öz çıxışında Nizami Gəncəvinin dünya ədəbiyyatında tutduğu yerdən danışıb. Sabiq prezident şairin irsindən bəhs edən kitabların nəşrinin əhəmiyyətini vurğulayıb: "Kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Kitabın təqdimat mərasiminin təşkilinə görə Latviya səfirliyinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinə həsr olunan kitabın çap olunması çox önəmlidir".

Sonra Nizami Gəncəvi haqqında video nümayiş olunub.

Qeyd edək ki, kitabın təqdimatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR