Belarus prezidenti Aleksandr Lukaşenko ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksieviçin Belarusa qayıda biləcəyini bildirib.
APA “RİA Novosti”-ə istinadən xəbər verir ki, prezident bu barədə Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.
“Mənim onunla heç bir əlaqəm yoxdur. Onun Nobel mükafatını necə almağa barədə heç nə deməyəcəm. Amma o, bu torpaqda doğulub və burada yaşamaq onun haqqıdır. Onu heç kim qovmayıb, o özü Belarusu sataraq Almaniyanı seçib. Bu gün çox güman ki, hamı kimi o da Belarusa qayıda bilər, lakin qanunlarımızı pozublarsa, onlar başa düşməlidirlər ki, hər bir Belarus vətəndaşı kimi onlar da bu qanunlara uyğun cavab verməlidirlər”, - deyə Prezident bildirib.