Markesin vəfatının ildönümündə yeni romanı nəşr ediləcək

Markesin vəfatının ildönümündə yeni romanı nəşr ediləcək
# 28 aprel 2023 15:09 (UTC +04:00)

2024-cü ilin yazında Kolumbiya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin “Avqustda görüşəcəyik” romanı ilk dəfə nəşr ediləcək.

APA xəbər verir ki, bu barədə İspaniyanın “El Periodico” nəşri məlumat yayıb.

Romanın məhz 2024-cü ildə nəşr olunması isə müəllifin vəfatının ildönümü ilə əlaqədardır. Kitabın daha sonra ingilis, fransız, alman və ərəb dillərinə də tərcüməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR