Bank Of Baku

Moskvada “Novruz 2022” bayram tədbiri keçirilib - FOTO

Moskvada Azərbaycan pavilyonunda “Novruz 2022” bayram tədbiri

© APA | Moskvada Azərbaycan pavilyonunda “Novruz 2022” bayram tədbiri

# 20 mart 2022 15:25 (UTC +04:00)

Moskvada Xalq təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən Azərbaycan pavilyonunda “Novruz-2022” bayram tədbiri keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, tədbir çərçivəsində “Qara Qarayev dəvət edir” beynəlxalq layihəsinin növbəti konsert proqramı da keçirilib.

Bayram tədbirində Azərbaycan pavilyonu Rusiya paytaxtının sakinləri və qonaqları üçün xalqımızın qonaqpərvərliyi və baharı necə qarşılaması haqqında ekskursiya təşkib edib. Bundan başqa, pavilyona gələn qonaqlar Heydər Əliyev Fondunun və “Azərxalça” ASC-nin təşkil etdiyi “Azərbaycan xalçaları yeni baxış” sərgisi ilə də tanış olmaq imkanı qazanıblar.

Azərbaycan pavilyonunun direktoru Səadət Kadırova bildirib ki, bu il pavilyon iki gün ərzində Novruz bayramı ilə əlaqədar bir sıra tədbirlər keçirməyi planlaşdırır: “Məqsəd mədəniyyətimizi, tariximizi, mətbəximizi, tolerantlığımız və milli adət-ənənələrimizi rusiyalılara va Moskvanın qonaqlarına tanıtmaqdır. Hər kəs Azərbaycan xalqının nə qədər qonaqpərvər və mehriban olduğunu bilməlidir”

“Novruz 2022” bayram tədbiri çərçivəsində “Qara Qarayev dəvət edir” beynəlxalq festivalının növbəti konserti də baş tutub. Konsertdə Azərbaycan və Rusiyanın əməkdar artistləri, “Rus baleti” dövlət akademik balet teatrının solistləri, beynəlxalq müsabiqələrin qalibləri, Moskva konservatoriyasının tələbələrinin ifasında görkəmli Azərbaycan bəstəkarının musiqiləri səslənib.

Dahi bəstəkarın oğlu Fərəc Qarayev Azərbaycan pavilyonunda “Qara Qarayev dəvət edir” beynəlxalq layihəsinin növbəti konsertinin keçirilməsini yüksək qiymətləndirib: “Bu gün sözsüz ki, Qara Qarayevin möhtəşəm musiqiləri səslənəcək. Konsertin muğamla bitməsi isə, hesab edirəm ki, həm simvolik, həm də məntiqlidir. Çünki biz qədim bayramımız olan Novruzu qeyd edirik”.

Bayram tədbiri çərçivəsində pavilyonda milli mətbəximizə dair ustad dərsləri və milli Novruz şirniyyatlarının dequstasiyası təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR