Mövlud Süleymanlı Şamaxıda dəfn olunub - FOTO - YENİLƏNİB

Mövlud Süleymanlı Şamaxıda dəfn olunub - FOTO  - YENİLƏNİB
# 22 fevral 2024 15:08 (UTC +04:00)

Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxıda dəfn olunub.

APA-nin Şirvan bürosu xəbər verir ki, Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxının Kərkənc kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib.

Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

12.04

Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib.

APA xəbər verir ki, Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi onun evində keçirilib.

Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, qələm dostları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Sonra mərhumun cənazəsi dəfn edilmək üçün Şamaxıya aparılıb.

Qeyd edək ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Yazıçı fevralın 21-də axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Mövlud Süleymanlı bu gün öz vəsiyyətinə görə, Şamaxıda anasının yanında dəfn ediləcək.

***

09:56

Xalq yazıçısı Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxıda anasının yanında dəfn ediləcək.

Bu barədə APA-ya yazıçının oğlu məlumat verib.

Onun sözlərinə görə, cənazə bu gün saat 12.00-də Xalq yazıçısının yaşadığı evdən götürələcək.

İlham Əhmədov

Nihat Pir

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR