Mədəniyyət Nazirliyi kitab mükafatının təsis edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hələlik kitab mükafat ilə bağlı müzakirələr aparılır.
“Məsələ öz təsdiqini tapdıqdan sonra ətraflı məlumat veriləcək”, - Nazirlikdən bildirilib.
Qeyd edək ki, bir müddətdir Mədəniyyət Nazirliyinin kitab mükafatı təsis edəcəyinə dair məlumatlar var.