Nazirlikdə Azərbaycan Dili və Ədəbiyyatı Forumu ilə bağlı görüş keçirilib

Nazirlikdə Azərbaycan Dili və Ədəbiyyatı Forumu ilə bağlı görüş keçirilib
# 30 avqust 2023 15:18 (UTC +04:00)

Mədəniyyət Nazirliyində Azərbaycan Dili və Ədəbiyyatı Forumuna qatılacaq panel iştirakçıları və məruzəçilərlə görüş təşkil olunub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə forumun mövzuları və tədbirin proqramı ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qeydlər nəzərə alınıb.

Bildirək ki, Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR