Niyazi Mehdi dəfn edilib - YENİLƏNİB

Niyazi Mehdi  dəfn edilib - YENİLƏNİB
# 28 fevral 2025 14:45 (UTC +04:00)

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi Maştağa qəbiristanlığında dəfn edilib.

APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

08:50

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.

Bu barədə APA-ya onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.

Niyazi Mehdi ilə vida mərasimi bu gün saat 2-də Göy məsciddə olacaq.

O, Bakı şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Niyazi Mehdi bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, əməliyyat olunmuşdu.

Xatırladaq ki, o, 1951-ci ildə Bakı şəhərində anadan olub. O, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 1973–1976-cı illərdə isə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib.

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR