Osmanlı mədəniyyətinə təsir edən azərbaycanlı alimlər haqqında kitab təqdim olunub

Osmanlı mədəniyyətinə təsir edən azərbaycanlı alimlər haqqında kitab təqdim olunub
# 12 sentyabr 2023 17:43 (UTC +04:00)

Beynəlxalq Multikulturalizm Mərkəzində ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad İlyasovun “Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi: Şirvanlı, Naxçıvanlı, Qarabağlı alimlər və mütəfəkkirlər” kitabının təqdimatı keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edənlər bildirib ki, kitab öz sahəsində aktual məzmun və mahiyyət daşıyır.

Qeyd edilib ki, kitabda elm tarixində çox az bilinən və araşdırılan şirvanlı, naxçıvanlı, qarabağlı alim və mütəfəkkirlər haqqında ciddi məlumatlar yer alıb. Sözügedən alimlərin əlyazmaları haqqında məlumatlar və onların elmi fəaliyyətləri kitabda geniş formada işıqlandırılıb. Kitabın gələcək tədqiqatlar üçün ciddi mənbə olacağı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR