Bank Of Baku

Ötən il Milli Kitabxana fonduna 20,2 min nüsxə ədəbiyyat daxil olub

Milli Kitabxana

© APA | Milli Kitabxana

# 09 mart 2022 14:03 (UTC +04:00)

Ötən il Milli Kitabxana fonduna müxtəlif mənbələrdən 20,2 min nüsxə ədəbiyyat daxil olub. Onlardan 10. 8 min nüsxəsi Azərbaycan, 9,4 min nüsxəsi isə digər dillərdə olub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb.

Qeyd olunub ki, Milli Kitabxananın fondu 4629,4 min nüsxə təşkil edir. Burada 57,3 min elektron resurs hazırlanıb və Kitabxananın elektron bazasında 1377,7 min elektron resurs mövcuddur. Həmçinin hesabat ili ərzində Milli Kitabxanada 25 adda elektron məlumat bazası, 92 adda elektron virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

2021-ci il ərzində Ölkədaxili Kitab mübadiləsi fondundan 13,6 min nüsxə kitab və jurnal Bakı şəhəri və rayon kitabxanalarına, digər müəssisə və təşkilatlara göndərilib. İl ərzində Milli Kitabxanaya xarici ölkə kitabxanalarından 995 nüsxə ədəbiyyat daxil olub, eyni zamanda mühüm sahələrə dair 1,8 min nüsxə ədəbiyyat dünyanın milli kitabxanalarına, səfirliklərə, universitetlərə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR