Bank Of Baku

Özbəkistanda Kövkəb Əliyevanın xatirə lövhəsinin açılışı olub

Özbəkistan

© APA | Özbəkistan

# 12 aprel 2022 11:30 (UTC +04:00)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Azərbaycan Mədəniyyət günləri çərçivəsində “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, mərasimdə Azərbaycandan gedən geniş nümayəndə heyəti ilə yanaşı, Özbəkistanın elm, mədəniyyət xadimləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Azərbaycan mədəniyyət günlərinin davamı olaraq Daşkənddə Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblının rəhbəri olmuş, tanınmış rəqqasə, ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edən Kövkəb Əliyevanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışı olub.

Açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət, ictimaiyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, xatirə lövhəsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistan Respublikasının Xalq rəssamı Marina Borodinova tərəfindən hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR