Bank Of Baku

Putinin köməkçisi Rusiya Yazıçılar İttifaqının sədri seçilib

Putinin köməkçisi Rusiya Yazıçılar İttifaqının sədri seçilib
# 27 fevral 2025 15:33 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Rusiya Yazıçılar İttifaqının sədri seçilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Yazıçılar İttifaqının bu gün keçirilən qurultayında qərar qəbul olunub.

Qeyd edək ki, Medinski bundan əvvəl Rusiya Federasiyasının mədəniyyət naziri postunda çalışıb. Son illər isə Vladimir Putinin köməkçisi vəzifəsini tutub.
Medinski Ukraynada müharibə başlayandan sonra 2022-ci ilin mart və aprel aylarında Belarusda və Türkiyənin İstanbul şəhərində keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR