Bank Of Baku

Rusiyalı məşhur şairi avtomobil vurub

Rusiyalı məşhur şairi avtomobil vurub
# 09 yanvar 2024 12:30 (UTC +04:00)

Rusiyalı məşhur şair Lev Rubinşteyni avtomobil vurub.

APA-nın Moskva müxbiri xəbər verir ki, hadisə paytaxtın Obraztsova küçəsindəki piyada keçidində 76 yaşlı Rubinşteyn yolu keçərkən baş verib.

Şair ağır vəziyyətdə Sklifosovski İnstitutuna yerləşdirilib. Beyinin zədələnməsi, çoxsaylı sınıqlar və daxili orqanların zədələnməsi diaqnozu qoyulub.

Yaxınlarının dediyinə görə, Rubinşteyn hazırda reanimasiyadadır. Həkimlər onun həyatı üçün mübarizə aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR