Şair Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb

Şair Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb
# 09 aprel 2024 12:39 (UTC +04:00)

Şair Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya şairin qızı İntizar İsmayıl məlumat verib.

Onun sözlərinə görə, hazırda atasının müalicəsi evdə davam etdirilir: “Ağrıları azalıb. Özünü kifayət qədər yaxşı hiss edir. Yuxusu da normallaşıb. Sərbəst yeriyə bilməsə də, əvvəlki ilə müqayisədə çox yaxşıdır”, – deyə o əlavə edib.

İntizar İsmayıl göstərilən diqqətə görə Heydər Əliyev Fonduna və müalicənin aparıldığı xəstəxanaya təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR