Salman Rüşdi bıçaqlanmağı barədə kitab yazır

Salman Rüşdi bıçaqlanmağı barədə kitab yazır
# 12 oktyabr 2023 14:54 (UTC +04:00)

Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdi memuar yazır.

APA xəbər verir ki, bu barədə Penguin Random House nəşriyyatı məlumat yayıb.

Kitab yazıçının bıçaqlanması və yaralanması barədə olacaq.

“Bıçaq: Sui-qəsd cəhdindən sonra düşüncələr” (Knife: Meditations After an Attempted Murder) adlanan kitabın çapdan çıxması gələn il aprelin 16-a planlaşdırılıb.

Qeyd edək ki, hadisə 2022-ci ildə baş verib. Salman Rüşdi Nyu-Yorkda Çatoku İnstitutunda çıxış edən zaman əlində bıçaq olan kişi ona hücum edib. Ağciyərləri ağır zədələnən yazıçı süni tənəffüs aparatına qoşulub. Bundan başqa onun bir əli yaralanıb, üstəlik Rüşdi bir gözünü itirib.

Hücum edən 24 yaşlı Hadi Matar bildirib ki, Rüşdinin yaradıcılığını sevmir.

Xatırladaq ki, “Gecəyarı uşaqları”, “Utanc”, “Florensiyaslı sehrbaz”, “Təlxək Şalimar” kimi bir çox romanları ilə tanınan yazıçı 1988-ci ildə işıq üzü görən “Şeytan ayələri” adlı romanına görə müsəlman aləmində ciddi qınaqlara səbəb olub. Haqqında ölüm fətvası verilib. Bu səbəbdən yazıçı uzun müddət yaşadığı yeri gizli saxlamağa məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR