“Sülhün Kökləri” təşkilatının rəhbərinin mina təhlükəsinə həsr etdiyi kitabın təqdimatı olub - FOTO

“Sülhün Kökləri” təşkilatının rəhbərinin mina təhlükəsinə həsr etdiyi kitabın təqdimatı olub  - FOTO
# 12 may 2023 12:58 (UTC +04:00)

“Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhnun mina təhlükəsinə həsr etdiyi və Azərbaycan dilinə tərcümə olunan “Canlanan Torpaq” (Breaking Ground) kitabının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, “Canlanan Torpaq” kitabı mina və müharibənin təsirinə məruz qalmış ölkələrdə törədilən mina terroru, mina və partlayıcı sursatların yaşatdığı dəhşəti, xanımın öz gözləri ilə şahidi olduğu mənzərəni təcəssüm etdirir.

Kitabda, həmçinin "Sülhün Kökləri" təşkilatının təsis edilməsindən sonrakı illərdə onun kənd təsərrüfatı layihələri ilə minalara qarşı mübarizədə, dağıdılmış torpaqların canlandırılmasında və bu prosesdə saysız-hesabsız insanların həyatına müsbət təsir etməklə nail olduğu uğurlar öz əksini tapıb.

Bakı Ali Neft Məktəbinin (BANM) inzibati binasında baş tutan tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev, “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, eləcə də ANAMA yanında İctimai Şura üzvləri və BANM-in tələbələri iştirak edib.

Tədbirdən sonra qonaqlar Bakı Ali Neft Məktəbinin həyətində təşkil olunan ağacəkmə aksiyasına qoşulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR